28 dekabr tarixdə Gəncə şəhərində fəaliyyət göstərən Kərkicahan qəsəbə klubunda Kərkicahan qəsəbəsinin işğalının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Ərazi iderəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vaqif Həsənov, Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndə Dərgah Haqverdiyev, qəsəbə sakinləri və məktəblilər iştirak etdilər.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndə Dərgah Haqverdiyev çıxış edərək 27 il əvvəl mənfur ermənilərin havadarlarının köməyi ilə Kərkicahan qəsəbəsini işğal etmələri haqqında məlumat verdi. Bədxah qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Heç zaman düşməndən qorxmayan kərkicahanlılar düşmənə qarşı ciddi müqavimət göstərib. Kərkicahanın qadınları da, kişiləri qədər igidlik göstəriblər. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və köməksiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi.
Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər.
Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradav adına 6№li Kərkicahan qəsəbə tam orta məktəbin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəbdə şagirdlərə mütamadi olaraq Qarabağın qədim tarixi, mədəniyyəti, Xocalı soyqırımı, işğal olunmuş rayonlarımız haqqında məlumatlar verildiyini qeyd etdi.
Xocalı rayon İH-nin məsul şəxsləri - Səxavət Hüseynov, Vaqif Həsənov öz çıxışlarında Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində doğma torpaqlarımıza qayıdacağımız günün yaxın olduğunu vurğuladılar. Bunu Aprel döyüşləri, uğurlu Cünnüt əməliyyatı və dövlətimizin, Ordumuzun gücü deməyə əsas verdiyini bildirdilər.
Sonda məktəb şagirdləri Qarabağ həsrətli, mübariz ruhda yazılmış şeirlər
səsləndirdilər.